RU

Qərbin COP29-la bağlı planı iflasa uğradı - Tural İsmayılov

COP29 Azərbaycan üçün çox vacib bir əhəmiyyətə malik beynəlxalq tədbirdir. COP29 təkcə iqlim tədbiri deyil, həm də Azərbaycanın resurslarının və imkanlarının geniş təqdimatına şərait yaradan beynəlxalq tədbirdir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov nəzərə çatdırıb ki, COP29-da Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyəti geniş təbliğ olunur. Onun sözlərinə görə, həm COP29-un Mavi və Yaşıl zonalarındakı Azərbaycanın maddi, mədəni irs nümunələrinə aid vizual qrafiklər, görüntülər, heykəllər, həm də eyni zamanda Azərbaycanı təbliğ edən çoxsaylı görüntülər ölkəmizin təbliğatı baxımından çox önəmlidir: “Təbii ki, COP29-da ölkəmizə dünyanın tam fərqli coğrafiyalarından saysız xarici qonaqlar təşrif buyurublar ki, bu qonaqların içərisində siyasət adamları, elm adamları, tədqiqatçılar və vacib insanlar mövcuddur. Onların Azərbaycana gəlməsi, ölkəmizin ev sahibliyi etdiyi bu önəmli qlobal tədbirdə iştirak etməsi həm də Azərbaycanın milli maraqlarının geniş təbliği baxımından bizim üçün müstəsna əhəmiyyətə malikdir”.

Müsahibimiz onu da vurğulayıb ki, COP29 tədbirləri təkcə böyük beynəlxalq tədbir deyil, həm də Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması üçün vacib bir platformadır: "Azərbaycan təkcə COP29-a ev sahiblik etmədi, həmçinin ölkəmiz geniş qlobal təşəbbüslərlə çıxış etdi və necə böyük bir dövlət olduğunu, dünyadakı proseslərə necə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi".

Ekspert qeyd edib ki, Qərb dairələri ölkəmizin COP29-a ev sahibliyi etməsini heç cür həzm edə bilmirlər. Tədbirin əvvəlindən sonuna kimi bu dairələrin qərəzli mövqeyinin şahidi olduq. Dövlətimizə qasrşı müxtəlif təzyiqvasitələrindən istifaəde etməyə cəhdlər oldu. Amma Azərbaycan yenə də yüksək təşkilatçılıq ortaya qoyaraq COP29-u yükəsk səviyyədə keçirməyə nail oldu. Bununla da Qərbin COP29-la bağlı planı iflasa uğradı.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Избранный
23
ikisahil.az

1Источники