RU

Mask Marsa uçuşun zəruriliyini izah edib...

...Amerikalı sahibkar İlon Mask Marsa uçuşun zəruriliyini izah edib.

SİA-nın məlumatına görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, planet "şüurun uzunmüddətli sağ qalması" üçün çox vacibdir.

Mask əlavə edib ki, o, vençur kapitalistlərindən vəsait istəmək fikrində deyil. O qeyd edib ki, investisiya baxımından uçuşun mənasızlığını başa düşür.

Buna görə də, sahibkar resursları toplayır. Sentyabrın sonunda Mask iki il ərzində Starship sisteminin beş pilotsuz nəqliyyat gəmisini Marsa göndərməyi planlaşdırdıqlarını söyləyib. Mask hesab edir ki, kosmik gəminin uğurlu enişi dörd il ərzində Marsa insanlı missiyanı mümkün edəcək.

Yeri gəlmişkən, daha əvvəl o bildirmişdi ki, ABŞ Federal Aviasiya Administrasiyasının raket və kosmik sistemləri sınaqdan keçirərkən yaratdığı bürokratik müdaxilə səbəbindən Marsa insan göndərməyə bilər.

Əli Babayev

Избранный
21
1
sia.az

2Источники