RU

Bakıda, COP29 sammitində skandal etiraz aksiyası: “Vəd etdiklərinizi yerinə yetirin!”

Bakıda keçirilən COP29 sammitində iqlim fəalları növbəti etiraz aksiyasını keçiriblər.

Paytaxt.org xəbər verir ki, etirazçılar inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün verdikləri maliyyə vədlərini yerinə yetirməsini tələb edib.

Onlar xüsusilə Qərb ölkələrini danışıqların nəticəsiz qalmasında və lazımi aktivlik göstərməməkdə ittiham ediblər.

Etirazçılar sammitin keçirildiyi mərkəzin yaxınlığında toplaşaraq, “Maliyyə vədlərinizi yerinə yetirin!” və “Sözlər deyil, əməli tədbirlər!” kimi şüarlar səsləndiriblər. Fəallar xüsusilə inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinin nəticələrindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə kifayət qədər dəstək vermədiyini bildiriblər.

Fəallar Qərb ölkələrini iqlim böhranı ilə mübarizədə passivlikdə və COP29 sammitini uğursuzluğa düçar etməkdə günahlandırıblar. Onlar qeyd edib ki, inkişaf etmiş ölkələr tərəfindən iqlim dəyişikliyinə qarşı qlobal tədbirlərin maliyyələşdirilməsi üçün daha çox öhdəlik götürülməli, artıq vaxt itirilməməlidir.

Sammitdə iqlim dəyişikliyinin fəsadlarının qarşısını almaq üçün ədalətli və təsirli mexanizmlərin müzakirəsi davam edir. Etirazçıların fikrincə, inkişaf etmiş ölkələrin prosesdə daha konstruktiv mövqe nümayiş etdirməsi danışıqların uğurlu nəticələnməsi üçün vacibdir.

Musavat.com-un dəyərləndirməsinə görə, bu aksiyalar COP29-un əhəmiyyətini bir daha göstərir və iqlim dəyişikliyinə qarşı qlobal həmrəyliyin təmin edilməsinin nə qədər vacib olduğunu vurğulayır.

Избранный
10
3
paytaxt.org

4Источники