RU

Noyabr ayında ABŞ-da biznes aktivliyi son 31 aylın pik həddinə çatıb

Fins.az - 2025-ci ildə Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini azaldması və ABŞ-ın yeni administrasiyasının biznes üçün daha əlverişli siyasət aparması ümidləri fonunda ölkədə Biznes Aktivliyi İndeksi (PMI) noyabr ayında son 31 ayın ən yüksək səviyyəsinə yüksəlib.

ABŞ-da iqtisadi aktivliyi əks etdirən kompozit PMI indeksi, ilkin hesablamalara görə, noyabr ayında 54.1 bənd səviyyəsindən 55.3 bənd səviyyəsinə qədər yüksəlib. Açıqlanan nəticə 2022-ci ilin aprel ayından bəri ən yüksək göstəricidir. 

ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi oktyabr ayı ilə müqayisədə noyabr ayında 48.5 bənddən 48.8 bəndədək yüksəlib. Dərc olunan göstərici analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Ölkənin xidmət sektorunda PMI 57 bənd səviyyəsinə qədər yüksəlib. Bu, 2022-ci ilin mart ayından bəri ən yüksək göstəricidir. Bir ay əvvəl indeksin dəyəri 55 bənd idi, analitiklər isə 55.2 bəndədək artımın olacağını ehtimal edirdilər.

Избранный
16
fins.az

1Источники