"Norm" ASC, böyük maliyyə analitiki vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Vəzifə və öhdəliklər:
- Maliyyə araşdırmaları aparmaq və investisiya qərarlarını dəstəkləmək üçün şirkətlər, sənayelər və bazarlarla bağlı təhlil etmək
- Proqnozlaşdırma və qiymətləndirmə təhlilini dəstəkləmək üçün maliyyə modelləri və məlumat bazalarını hazırlayıb idarə etmək
- Potensial investisiya imkanlarını və risklərini müəyyən etmək üçün maliyyə bazarlarında olan trendləri və xəbərləri izləmək
- Hazırlanmış investisiya təklifləri və təqdimatları əsasında rəhbərliyə tövsiyələr vermək
- Potensial investisiya hədəflərinə dair maliyyə və əməliyyat təhlili, risklərin qiymətləndirilməsi də daxil olmaqla, lazımi yoxlama prosesinə rəhbərlik etmək
- İnvestisiya strategiyalarının hazırlanması və həyata keçirilməsini dəstəkləmək üçün komanda üzvləri ilə əməkdaşlıq etmək
- Portfelin idarə olunması ilə bağlı fəaliyyətlərdə, o cümlədən performans analizi və risklərin idarə olunmasında dəstək olmaq
- Maliyyə hesabatlarının və təqdimatlarının rəhbərlik və digər maraqlı tərəflər üçün hazırlanması prosesinə nəzarət etmək
- Bazar inkişafı və investisiya imkanlarından xəbərdar olmaq üçün sənaye üzrə əlaqələri, araşdırma təminatçılarını və digər maraqlı tərəflərlə münasibətlər qurmaq
- Şirkətin və onun biznes bölmələrinin maliyyə fəaliyyətini təhlil etmək, optimallaşdırma üçün rəhbərliyə təhlillər və tövsiyələr təqdim etmək
- Planlaşdırma və qərar qəbulunu dəstəkləmək üçün maliyyə proqnozları və büdcələrin hazırlanmasına nəzarət etmək
- Gəlir, xərclər, mənfəət marjaları və pul axını kimi əsas maliyyə göstəriciləri üzrə hesabat prosesinə nəzarət edib monitorinq aparmaq
- Təkmilləşmə imkanlarını müəyyənləşdirmək və potensial təhdidləri azaltmaq üçün maliyyə trendlərini və risklərini təhlil etmək
- İnvestisiya və kapital xərcləri təkliflərinin hazırlanması və qiymətləndirilməsinə nəzarət etmək
- Xüsusi layihələr və təşəbbüslər üçün maliyyə təhlili etmək
- Yuxarı rəhbərlik, səhmdarlar və tənzimləyici qurumlar kimi daxili və xarici maraqlı tərəflər üçün maliyyə hesabatlarının və təqdimatlarının hazırlanmasına nəzarət etmək
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi
- Maliyyə analizi ilə bağlı əlaqədar sahə üzrə 4 ildən artıq iş təcrübəsi
- İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
- CFA, ACCA, CIMA, CPA və ya buna oxşar sertifikatları üzrə göstəricilərin olması
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Zemfira Ms
Fins.az