Amerikalı sahibkar İlon Mask Marsa uçuşun zəruriliyini izah edib.Bu barədə o, X sosial şəbəkəsində yazıb.Onun sözlərinə görə, planet "şüurun uzunmüddətli sağ qalması" üçün çox vacibdir. Mask əlavə edib ki, o, vençur kapitalistlərindən vəsait istəmək fikrində deyil. O qeyd edib ki, investisiya baxımından uçuşun mənasızlığını başa düşür. Buna görə də, sahibkar resursları toplayır.Sentyabrın sonunda Mask iki il ərzində "Starship" sisteminin beş pilotsuz nəqliyyat gəmisini Marsa göndərməyi planlaşdırdıqlarını söyləyib. Mask hesab edir ki, kosmik gəminin uğurlu enişi dörd il ərzində Marsa insanlı missiyanı mümkün edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта