RU

Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinə yeni müavinlər təyin olunub.

Oxu24.com-un  məlumatına görə, Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov əvvəllər bir sıra vəzifələrdə çalışıb.

Belə ki, 1975-ci ildə Moskvada doğulan X.Məmmədov 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb.

2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib.

2021-ci ildə Prezidentin Sərəncamına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.

Xəyyam Məmmədovun son iş yeri isə “Azərsığorta” ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsi (16 iyul 2022-ci ildən) olub.

 

Избранный
2
22
oxu24.com

10Источники