RU

Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki...

Fransada gənc oğlanlar yeniyetməni kamera qarşısında təhqir etmək üçün qaçırıblar.

Publika.az xəbər verir ki, bu barədə "Paris Match" məlumat yayıb.

Polisin məlumatına görə, noyabrın 10-da Bulon-Bilankur kommunasında 16 yaşlı yeniyetmə qaçırılıb. Təcavüzkarlar qurbanı qızın adından görüşə dəvət edərək evdən çıxarıblar, sonra onu tutub zirzəmiyə salıblar və burada onu şiddətli təhdiq və təhqirlərə məruz qoyublar. İşgəncə verənlər gənci dəmir dəyənəklə döyüb, ona sidik içməyə, soyunmağa və onlar üçün rəqs etməyə məcbur ediblər. Bundan əlavə, onlar qurbanın üzünü qırxıblar və hər şeyi videoya çəkiblər. Səsyazmada zərərçəkmişdən 4 min avro tələb etdiklərini eşitmək olar.

Bu yaxınlarda hadisədə şübhəli bilinən 4-ü azyaşlı olmaqla 7 nəfər saxlanılıb və artıq onlar məhkəmə qarşısına çıxarılıblar.

Saxlanılanlara işgəncə və ya vəhşilik hərəkətləri ilə qanunsuz olaraq azadlıqdan məhrum etmə, qruplaşma, adam oğurluğu və zorlama kimi bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Избранный
14
2
publika.az

3Источники