RU

"Ukraynadakı münaqişəyə görə məni "günah keçisi" ediblər" - Merkel

Almaniyanın keçmiş kansleri Angela Merkel hesab edir ki, onu Ukraynada münaqişənin gərginləşməsi ilə bağlı “günah keçisi” ediblər.

"Unikal" xəbər verir ki, o bu barədə “Der Spiegel” jurnalına müsahibəsində bildirib.

Merkel, Ukraynanın 2008-ci ildə NATO-ya namizəd statusunu dəstəkləməkdən imtina edərək özünü “günah keçisi” vəziyyətinə salıb-qalmadığı sualına “Bu, sadəcə hiss deyil, bu, həqiqətən də doğrudur” deyib.

Onun sözlərinə görə, Volodimir Zelenski Buxarestdəki mövqelərinin Buçadakı hadisələrə səbəb olduğunu əsas gətirərək onu və Fransanın keçmiş prezidenti Nikola Sarkozini Ukraynaya çağırıb.

Keçmiş kansler Zelenskiyə heyran olduğunu da sözlərinə əlavə edib: "Ancaq Buxarestə gəldikdə, mən onunla razı deyiləm".

Избранный
4
50
unikal.az

10Источники