RU

“Öz ətrafımda olan insanlar dedilər ki, bəlkə tələsməyəsən?”

"Səbail" Premyer Liqanın 14-cü turunda doğma meydanda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı təbrik edirəm. Bizim üçün üzücü məğlubiyyət oldu. Düşünürəm ki, komandanın potensialı var. Yaxın gələcəkdə istədiyimiz nəticəni alacağıq. Heyətlə bağlı sıxıntılarımız var idi. Futbolçu kasadlığı yaşayırıq. Fiziki hazırlığımız o qədər də ürəkaçan olmadığı üçün 90 dəqiqə dözə bilmədik. Amma 70 dəqiqə yaxşı futbol oynadıq.

- Oyuna hazırlaşarkən futbolçulara əsas tapşırığınız nə idi?

- Heyət geniş olanda hansısa sistem dəyişikliyi edə bilərik. Futbolçu sayına görə bu gün sistemi bu cür qurduq. İkinci hissədə səhvlərə yol verdik. Çünki, komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb. Mən də 10 gündür buradayam. Qısa müddət ərzində bacardığım qədər fiziki durumu irəli aparmışam. Sistemi otuzdurmaq 1 həftənin, 10 günün işi deyil. Bunu başa düşürdüm. Bu oyun bizə nəyin üzərində daha çox işləməli olduğumuzu göstərəcək.

- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?

- İstəyərəm ki, məşqçilər korpusu geniş olsun. Fiziki hazırlıq məşqçimiz var. 4 gün öncə İspaniyadan dəvət etmişik. Bu il məqsədimiz Premyer Liqada qalmaqdır. Qışda transferlərə ehtiyac var. Hücum mövqeyində çox əziyyət çəkirik. Meydana hücumçusuz çıxırıq.

- Özünüzü "Səbail" üçün nə dərəcədə faydalı hesab edirsiz?

- Məşqçilik karyeramda hansı uğurları əldə etdiyim futbol ictimaiyyəti üçün sirr deyil. Özümü çox hazır hiss edirəm. Hər zaman məqsədimə doğru idi addımlarla irəliləməyə çalışıram. Komandaya xeyir vermək üçün buradayam. "Turan Tovuz"da yerim rahat idi. Kurban Berdiyevin köməkçisi idim. "Səbail"in Premyer Liqada qalması üçün əlindən gələni edəcəyəm.

- Kurban Berdiyevdən nə öyrəndiniz?

- Mənim öz ətrafımda olan insanlar da dedilər ki, bəlkə tələsməyəsən. Mən prinsipial insan olmuşam. 4 ay Kurban Berdiyevin yanında oldum. Bu, mənim üçün əla təcrübə idi. Çalışacam ki, bundan məşqçilik karyeramda istifadə edim. İnanmasaydım, burada olmazdım.

Избранный
18
sportinfo.az

1Источники