RU

Ağ evin saxta sülh gündəminin əsl məqsədi nə idi? - AÇIQLAMA

“Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı artıq yekunlaşmaq üzrədir. Bu konfransın keçirilməsindən öncə hətta, keçirildiyi dövrdə də Azərbaycana qarşı qarayaxma kampaniyası və riyakarlıq münasibətinin canlı şahidi olduq”. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Kamran Bayramov bildirib ki, sülh gündəmi ilə bağlı da Azərbaycana qarşı təzyiqlər artmışdı.  ABŞ məhz COP29-a konfransına qədər, konfrans günlərində Ermənistanla sülh müqaviləsini imzalamağa məcbur etmək üçün cəhdlər göstərirdi. Amma bütün bu cəhdlər heçə uğradı, iflasa uğradı və Azərbaycan bir daha sübut etdi ki, onun öz müstəqil siyasəti var və bu siyasəti davam etdirəcək.

Deputat qeyd etdi ki, COP29 konfransına Azərbaycan yüksək səviyyədə təşkil etdi. Konfransı çərçivəsində bir çox razılaşmalar əldə olundu. Ümumiyyətlə ölkəmizə gələn xarici qonaqlar gördü ki, Azərbaycan həm texniki tərəfdən, eyni zamanda, məzmunca çox gözəl tədbirlər təşkil edə bilir. Amma buna baxmayaraq bir daha bu konfransının keçirildiyi dövrdə də kollektiv Qərbin hücumlarını gördük, bir sıra xarici parlamentlərinin qərəzli münasibətinin, qətnamələrinin şahidi olduq. Amma bütün bunlara baxmayaraq Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil etdi.

Millət vəkili bildirib dövlətimiz iqlim dəyişikliyi ilə mübarizə sahəsində öz layiqli və özünəməxsus töhfəsini vermiş oldu. Azərbaycan həqiqətən də miqyasından asılı olmayaraq beynəlxalq tədbirlərin keçirildiyi ləyaqətli bir məkandır və bundan sonra da olacaq. Heç bir şübhə yoxdur ki, bundan sonra da bütün xarici təzyiqlərə baxmayaraq, riyakar münasibətlərə, uydurma bəyanatlara və qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək və dünya birliyində öz mövqelərini getdikcə güclənəcəkdir.

Səbinə Kazımova, "İki sahil"

Избранный
19
ikisahil.az

1Источники