RU

Yaponiyada gələcəyin insanyuyan maşını nümayiş olundu

Yaponiya şirkəti "Science Co"  insanyuyan maşının prototipini təqdim edib. "Mirai Ningen Sentakuki" adlanan maşın insanı 15 dəqiqə ərzində yuyub qurutmaq qabiliyyətinə malikdir.

Demokrat.az xəbər verir ki, bunu şirkət rəsmi saytında bildirib.

Cihaz istifadəçi oturduğu zaman su ilə doldurulan kabindir. Daxili sensorlar nəbz və digər bioloji parametrləri ölçür, suyun rahat temperaturunu təmin edir. Bundan əlavə, sistem istifadəçinin istirahətinə kömək etmək üçün şüşəyə müxtəlif təsvirlər proyeksiya edir.

İstehsalçı cihazı gələn ilin aprelində Osaka Kansai Sərgisində sınaqdan keçirməyi planlaşdırır.

Əfsanə Kamal
Demokrat.az
Избранный
46
demokrat.az

1Источники