RU

Braziliyanın ətraf mühit naziri: Yekun razılaşmanı əldə etməli, gücümüzü birləşdirməliyik

"COP29-da aparılan müzakirələr zamanı qarşılaşdığımız çətinliklərə baxmayaraq, yekun razılaşmanı əldə etməli, gücümüzü birləşdirməliyik".

APA xəbər verir ki, bunu COP29-un yekun plenar sessiyasında Braziliyanın ətraf mühit naziri Marina Silva deyib.

O vurğulayıb ki, iştirakçıların qarşılaşdığı böhranı nəzərə alaraq, burada müzakirə olunan məsələlər təcili həll tələb edir:

"Müzakirə olunan məsələlərin mürəkkəbliyini nəzərə alaraq qeyd edirəm ki, qarşımızda hələ də çoxsaylı problemlər var. Biz COP30-u Braziliyada keçirməklə göstərməliyik ki, son 30 il ərzində götürdüyümüz öhdəliklərə uyğun olaraq həm Paris müqaviləsi, həm də Bakıda qəbul olunması ehtimal edilən yekun razılaşmanın prinsiplərinə uyğun olaraq ətraf mühitin mühafizəsi və temperatur həddinin müəyyən olunan 1,5 dərəcədən yuxarı qalxmasına imkan verməmişik. Braziliyada keçiriləcək COP30 konfrası bütün ölkələrin arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır. Bunun baş verməsi üçün COP29-da aparılan müzakirələr zamanı qarşılaşdığımız çətinliklərə baxmayaraq, yekun razılaşmanı əldə etməli, gücümüzü birləşdirməliyik. Qarşılaşdığımız böhranı nəzərə alaraq, bu kimi məsələlər təcili həll tələb edir. Bu razılaşmanın əldə olunması yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılıdır. Cəmiyyət bizdən yalnız məsuliyyətli addımlarla irəli getməyi tələb edir. COP30-un Amazon regionunda keçirilməsi bir sıra səbəblərdən çox önəmlidir. Onlardan birincisi, Amazon meşələrinin üzləşdiyi fəlakətin miqyasını ictimaiyyətə çatdırmaqdır. Tərəflər arasında etimadın yaradılacağına çox böyük ümidlər bəsləyir. Biz bundan artıq vaxt itirə bilmərik".

Избранный
38
apa.az

1Источники