RU

Azərbaycanlıların bu ölkələrə getmələri ÇƏTİNLƏŞİR - SƏBƏB

ABŞ, Avropa və Rusiyada miqrantlara qarşı mübarizə güclənməyə başlayıb. Donald Trampın yenidən prezident seçilməsi ilə ABŞ-da miqrantlara qarşı yanaşmanın sərtləşəcəyi gözlənilir. Tramp miqrasiya məsələlərində sərt mövqedə olan şəxsləri administrasiyasına toplayır. Yeni administrasiyada belə kadrların olması ABŞ-dakı miqrantlar, eləcə də həmvətənlərimiz üçün əlavə çətinliklər yaradacaq.

Rusiya hökuməti dekabrın 1-dən başlayaraq, ölkəyə daxil olmaq istəyən əcnəbilərdən biometrik məlumatlar tələb edən yeni qanunu tətbiq edir. Bu qanuna əsasən, əcnəbi vətəndaşlar Moskvadakı (Domodedovo, Şeremetyevo, Vnukovo) hava limanlarından və bəzi sərhəd keçid məntəqələrindən Rusiya Federasiyasına daxil olarkən biometrik məlumatlarını təqdim etməlidirlər.

Bundan əlavə, Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrant uşaqların məktəblərə qəbulunun rus dili biliklərinin yoxlanılmasına bağlı olmasını təklif edib, bu da Rusiyada yaşayan azərbaycanlı ailələr üçün əlavə çətinliklər yaradır.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Modern.az-a bildirib ki, hazırda ABŞ-da yaranan yeni tendensiyalara diqqət yetirməliyik, çünki bu, geosiyasi dəyişikliklər və prezident seçkiləri ilə birbaşa bağlıdır.

"Trampın qələbəsi ilə ABŞ-da təhsil üçün müraciətlər 5 dəfə artıb. Bu, beynəlxalq təhsil siyasətində ciddi dəyişikliklər yaradaraq, azərbaycanlı tələbələr üçün ABŞ-da təhsil imkanlarını daha da çətinləşdirib. Eyni zamanda, səfirlikdə hansı yeniliklərin olacağını isə zaman göstərəcək".

Polşada təhsil alan tələbələr isə viza və iş imkanlarının çətinləşdiyini bildirirlər. Vergi güzəştləri səbəbindən tələbələr iş tapmaqda üstünlük qazanır, amma adi işçilər üçün rəqabət çətinləşib, çünki onların maaşına 40%-ə qədər vergi tətbiq edilir. Viza prosesindəki gecikmələr isə tələbələrin təhsildə geri qalmasına səbəb olur.

Ümumilikdə Avropa ölkələrinin bəziləri miqrantların ölkəyə girişini və orada qalmasını çətinləşdirir. Burada həm təhsil almaq, həm də yaşayış icazəsi almaq miqrantlar üçün çətinləşib. Son zamanlar bir çox Avropa ölkəsində miqrasiya qanunları sərtləşdirilib, bu da təhsil və yaşayış məqsədilə Avropaya getmək istəyən azərbaycanlılar üçün ciddi çətinliklər yaranıb.


Избранный
18
3
news24.az

4Источники