RU

Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kəndində səyyar qəbul-görüşü keçirilib - FOTO

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.


Ekologiya.az bildirir ki, rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Kətəlparaq kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.


Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib,  kəndin istismar müddəti başa çatmış elektrik şəbəkəsinin kabelləşdirilməsi, 1 ədəd qəzalı elektrik dirəyinin yenisi ilə əvəz olunması, 20 Yanvar şəhidləri abidəsinin təmir olunması, qəzalı vəziyyətdə olan kənd həkim ambulatoriyası üçün yeni inzibati binanın tikilməsi  və maddi yardım edilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Избранный
50
5
ekologiya.az

8Источники