RU

Bakıda kirayə qiymətləri, fərdi ev və torpaq qiymətləri artıb

Ötən ay Bakıda mənzil bazarında qiymət artımları davam edib.

Fins.az xəbər verir ki,  bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) bildirlib.

Məlumata görə, oktyabr ayında fərdi evlər və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1.7 faiz artıb.

Bundan başqa, yaşayış binalarında və qeyri-yaşayış sahələrində də qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində qiymətlər 1.4 faiz artıb, yaşayış evlərində isə qiymətlər 0.6 faiz yüksəlib.

Ən böyük artım yaşayış mənzillərinin kirayə qiymətlərində baş verib: kirayə qiymətləri 2.8 faiz artıb.

Fuad Mədətov
Fins.az

Избранный
8
14
fins.az

10Источники