Türkiyənin məşhur serialı olan "Yalı Çapkını"ndan "Diyar" obrazını canlandıran aktrisa Pelin Akil Altan ayrılıb.
Teleqraf.com xəbər verir ki, aktrisa ilə yanaşı serial ilə daha iki aktyor Mine Teber və Alper Türedi vidalaşıb. Aktrisa Derya Alaboranın da serialdan ayrılacağı iddia edilir.
Belə ki, 85-ci bölümdə Diyarın serialı tərk etməsiylə Seyran və Ferit yenidən bir araya gələcək. Ssenaridə cütlüyün münasibətlərini bir müddət davam etdirəcəkləri və yenidən evlənəcəkləri bildirilir.
Qeyd edək ki, serialda baş rolları
Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.
Müəllif: Rəqsanə Həsənova