RU

Marina Silva: COP30-un uğurlu keçirilməsi üçün Bakıdakı COP29-da səyləri birləşdirmək lazımdır

Qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq, Braziliyada COP30 konfransının uğurla keçirilməsi üçün Bakıdakı COP29-da yekun razılaşmaya gəlmək və səyləri birləşdirmək lazımdır.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un yekun plenar iclasında bildirib.

"Bizim Azərbaycandakı əsas vəzifəmiz "Missiya 1.5"in hədəfinə çatmaq üçün kifayət qədər resursları, maliyyə dəstəyini və reallaşdırma mexanizmlərini təmin etməkdir. COP30-a qədər biz milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) bu missiyanı yerinə yetirmək üçün kifayət qədər iddialılığına nail olmalıyıq", - nazir deyib.

Onun sözlərinə görə, Braziliyanın Belen şəhərində COP30 yalnız birgə səylərlə həll edilə bilən böyük bir vəzifədir.

"Hər birimiz qarşıda duran vəzifələrin miqyasını başa düşürük. Braziliyada COP30-da nail olmağa çalışdığımız məqsədlər siyasi öhdəliklərə əsaslanan otuz ildən çox işin nəticəsi olacaq. Bütün bunlar ən vacib şeyi - Yer üzərində həyatın əsasını və onun kövrək tarazlığının qorunmasını hədəfləyir", - M.Silva vurğulayıb.

Избранный
2
3
olke.az

4Источники