"Onlar parlamentdə, hökumətdə təkdir, ölkədə mövcud olan bütün təsisatlar bir partiyadan asılıdır..."
Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, parlamentin tərkibinə düşənlər "Rusiyanın tərkibinə düşəcək".
Moderator.az xəbər verir ki, bu barədə o, "Mtavari arxi" teleşirkətinin efirində aparıcı Georgi Qabuniyaya verdiyi müsahibəsində bəyan edib. Məlumatı "svoboda.org" nəşri yayıb.
Prezident qeyd edib ki, bugünkü vəziyyət 2020-ci il parlament seçkilərindən sonra yaranmış vəziyyətdən çox fərqlidir.
"2020-ci ildə ölkənin başqa istiqamətdə hərəkət etdiyi, seçkilərin kütləvi saxtalaşdırıldığı hissi olunmayıb. Mənim həmişə dediyim və gülüşlə qarşılanan "normal saxtalaşdırma" olub", - o, deyib.
"Lakin bizim seçkilərimizin və ölkəmizin oğurlandığı hissi mövcud olmayıb. Bu gün tamamilə fərqli vəziyyətdir. Bu gün parlamentə düşənlər Rusiyanın tərkibinə düşəcək", - Zurabişvili vurğulayıb və əlavə edib ki, parlamentə heç bir partiya düşməyincə, hətta müxalifət boykot rejimində olsa belə, "Gürcü arzusu" tək qalacaq.
"Onlar təkdir. Onlar parlamentdə də, hökumətdə də təkdir. Birpartiyalı hökumət, parlament, bir adamın şaquli hökimiyyəti və ölkədə mövcud olan bütün təsisatlar bir partiyadan asılıdır", - prezident deyib.
Xatırladaq ki, noyabrın 16-da Mərkəzi Seçki Komissiyası 26 oktyabr seçkilərinin nəticələrinə yekun vurub. Protokollarda əks etdirilən göstəricilərlə yalnız "Gürcü arzusu" razıdır. Müxalifət, qeyri-hökumət sektoru və prezident oktyabrın 26-da keçirilən seçkilərin saxtalaşdırıldığını hesab edir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 11-ci çağırış parlamentində "Gürcü arzusu" 150 mandatdan 89-nu, dörd müxalif platforma ümumilikdə 61 mandat əldə edib.
Beynəlxalq birlik Tbilisiyə seçkilərin mübahisəli nəticələrinin saxtalaşdarılmasına ciddi şübhələrin yoxlanılması üçün ciddi obyektiv araşdırılmasına çağırış edib.