Hans-Diter Flik “Barselona”dakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı çətin ki, bir klubda uzun müddət qala biləcəyini söyləyib:
“Barselona”da 10 il qalacam? Çətin ki, bir klubda bu qədər uzun müddət qala biləm.
Dörd nəvəm var və 70 yaşıma çatana qədər onlarla mümkün qədər çox vaxt keçirmək istəyirəm. Baxacağıq”.
59 yaşlı mütəxəssis 2024-cü ilin yayında “Barsa”nın baş məşqçisi postunu tutub. Komanda onun rəhbərliyi altında İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.
Kataloniyalılar 2-ci yerdə qərarlaşan “Real”ı 6 xal qabaqlayır.