Avropa ölkələri Kiyevi Rusiya ilə uzunmüddətli qarşıdurmada dəstəkləyə bilməyəcək və ona qarşı “tükəndirmə müharibəsi” apara bilməyəcək.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyadakı səfiri Valeri Zalujnı deyib.
“Hava hədəflərinin sayı artır, döyüş vasitələrinin sayı isə məhdud və çox bahadır. Hətta bu göstəriciyə görə, hesab edirəm ki, nə Britaniya, nə də digər Avropa ölkələri hazır olmayacaq. Mükəmməl hava hücumundan müdafiə imkanlarına malik kifayət qədər F-16 təyyarəsinin olmasına baxmayaraq, 2-3 ay ərzində hava hücumundan müdafiə sistemini tamamilə boşaltmaq mümkündür”, - səfir bildirib.