RU

Avropa yeni qaz böhranı ilə üz-üzədir – 2022-ci il təkrarlana bilər

Anbarlardakı ehtiyatların sürətlə azalması və Rusiyadan tədarükün dayanması fonunda Avropa yeni qaz böhranı ilə üz-üzədir.

Musavat.com xəbər verir ki, bu mövqeni "Bloomberg" analitiklər açıqlayıblar.

Onlar qeyd edirlər ki, geosiyasi gərginliklər fonunda bu il qaz qiymətləri 45 faiz artıb.

Analitiklərə görə, Avropada soyuq havaların başlaması ilə əlaqədar istilik üçün qaza tələbat kəskin artıb. Külək elektrik stansiyalarının olduğu ərazilərdəki zəif küləklərin bu mənbədən enerji istehsalını artırmağa imkan verməməsi vəziyyəti daha da ağırlaşdırır.

Qaz qiymətlərindəki artım templəri 2022-ci ildə müşahidə olunanlardan xeyli aşağıdır, lakin hələ də “inflyasiya böhranının pisləşməsi təhlükəsi yaratmaq və onsuz da mübarizə aparan sənayeyə təzyiqi artırmaq” üçün kifayətdir. Qlobal risklərin idarə edilməsi üzrə aparıcı analitik Arne Lohmann Rasmussen bildirib ki, "vəziyyət Avropanın istənilən qiymətə qaz almağa hazır olduğu 2022-ci ilə bənzəməyə başlayır".

Agentlik yaxın gələcəkdə qazın qiymətinin daha da artmasına səbəb ola biləcək əsas amillərdən biri kimi bəzi Avropa ölkələrinin hələ də aldığı boru kəməri qazının Rusiyadan nəqlinin dayandırılması riskini göstərir. Bu, ödənişlər üçün istifadə edilən “Qazprombank”a qarşı ABŞ-ın yeni sanksiyaları səbəbindən gözləniləndən daha tez baş verə bilər. Boru kəməri qazının tədarükü ABŞ sanksiyalarından əvvəl də risk altında idi, çünki onun Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilə ilin sonunda başa çatır.

Digər risk faktorlarına ABŞ-dan mayeləşdirilmiş təbii qazın tədarükünün gecikməsi, həmçinin qış aylarında soyuq havalar daxildir. Bundan əlavə, 2025-ci ilin yayında qazın qiymətinin 2025-2026-cı ilin qışına nisbətən daha yüksək olacağı gözlənilir.

Bu o deməkdir ki, gələn il qaz anbarlarının doldurulması əvvəlkindən daha çətin ola bilər.

Ən çox zərər çəkən ölkə 2022-ci ildə olduğu kimi, hazırda iqtisadiyyatı durğunluq yaşayan Almaniya ola bilər. Xüsusilə Almaniyada avtomobil, maşınqayırma, kimya sənayesi ciddi problemlər yaşayır.

Musavat.com

Избранный
15
33
musavat.com

10Источники