RU

Samir Cavadzadənin övladı var?

Müğənni Samir Cavadzadə açıqlaması ilə gündəmə səs salıb.

Hurriyyet.Az xəbər verir ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” verilişində gözlənilmədən şəxsi həyatı ilə bağlı etiraf edib.

Belə ki, aparıcılar Zaur və Günay Samirlə “bəli-xeyr” oyunu oynamağı təklif ediblər.

Zaur Samirə “Səninlə bağlı sual verəcəyəm Günaya. Sən isə deyəcəksən “hə” və ya “yox”” deyib.

Bu anda isə Samir “Samirin övladı var yoxsa yox!?” sözlərini dilə gətirib.

Dərhal Zaur və Günay onun gizli övladının olub – olmadığını sorğu – sual ediblər. 

Lakin Samir gülərək “Yox” cavabını verib. 

Onun yanında əyləşən həmkarı Natavan Həbibi isə “Sən deməmişdin ki… Gizli övladı var, gizlədir” sözlərini söyləyib.

Zaur və Günay bu fikirlərdən sonra bu məsələni zarafata salıb “Nə vaxt oldu bu məsələ? Uzun müddət efirlərdə olmadın, yəqin o dönəmdə övladın doğuldu. Atalıq məzuniyyətində idin, Samir?” fikirlərini ifadə ediblər.(Olay)

Избранный
30
5
hurriyyet.az

6Источники