Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində Fransanın Rusiya ərazisində uzaqmənzilli silahlarının istifadəsinə icazə verdiyini açıqlayıb.O, Ukraynanın “özünümüdafiə məntiqi ilə” Fransanın uzaqmənzilli raketlərindən Rusiya ərazisinə hücumda istifadə edə biləcəyini qeyd edib. Nazir bunun artıq praktikada baş verib-vermədiyini təsdiqləməkdən imtina edib.“Biz Ukraynanı lazım olduğu qədər uzun müddət və intensiv şəkildə dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz təhlükə altındadır. Rusiya ordusu hər dəfə bir kvadrat kilometr irəlilədikdə özünü Avropaya bir kilometr yaxınlaşdırır”, - nazir vurğulayıb.Barro deyib ki, Fransa Ukraynanı NATO-ya dəvət etmək ideyasını dəstəkləyir, lakin hələlik bütün “dost və müttəfiqlərini” razı salmayıb.Fransa Ukraynanı Britaniyanın “Storm Shadow” raketlərinə bənzəyən SCALP qanadlı raketləri ilə təmin edir. “Storm Shadow” bu həftə Kursk vilayətində komanda məntəqəsinə hücumda istifadə edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта