“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin
COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.
İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.
Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub.
COP29 Sədrliyi və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabr ayında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilib.
COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir.
Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 750 milyon ABŞ dollarından artıqdır.
10Источники
-
senzor.azAzərbaycanın COP29 Sədrliyinin növbəti uğuru:BAKIDA TARİXİ QƏRAR! ( 13322779)
-
nuh.azBakıda tarixi qərar verildi ( 13322401)
-
xalqqazeti.azİtki və Zərər Fondunun tam fəaliyyəti təmin edildi ( 13322209)
-
azxeber.comAzərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR! ( 13322077)
-
sfera.azBakıda tarixi qərar verildi ( 13321918)
-
buta.tvCOP29-da tarixi qərar qəbul olundu ( 13321915)
-
cebheinfo.azİtki və Zərər Fondu tam fəaliyyətə başlayacaq ( 13321642)
-
musavat.comBakıda tarixi qərar verildi ( 13321507)
-
turanpress.comTürkiyənin ən varlı müğənniləri və sərvətləri açıqlandı - FOTO ( 13321273)
-
modern.azİtki və Zərər Fondu tam fəaliyyətə başlayacaq ( 13321249)