RU

COP29-da gənc ictimai ekoliderlərin Beynəlxalq Uşaq İqlim Platforması sazişi imzalanıb

“EkoSfera” Sosial-Ekoloji Mərkəzi İctimai Birliyi COP29-da gənc ictimai ekoliderlərin Beynəlxalq Uşaq İqlim Platformasının yaradılması və əməkdaşlıq haqqında sazişin imzalanmasına təşəbbüs göstərib.

İctimai birlikdən XQ-ə verilən məlumata görə, platforma beynəlxalq və yerli təşkilatların, uşaq və gənc ekoliderlərin etibarlı şəbəkəsini yaratmaqla ekoloji məsuliyyətin inkişaf etdirilməsinə, həmçinin innovativ və birgə yanaşmalar vasitəsilə aktual iqlim problemlərinin həllinə yönəlib. Platformada həm yerli, həm də qlobal səviyyədə ekoloji təhsilin, gənclərin liderlik qabiliyyətinin və davamlı təcrübələrin təşviqinə xüsusi diqqət ayrılacaq.

Əməkdaşlığın məqsədi uşaq ictimai təşkilatlarını və ekoliderləri Paris Sazişinin məqsədlərinə çatmaq üçün birgə fəaliyyətdə birləşdirməklə, planetin qorunmasına töhfə verə biləcək yeni nəsil ekoliderlərin yetişdirilməsinə kömək etməkdən ibarətdir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Beynəlxalq Uşaq İqlim Platforması COP29-un sonuncu günündə 12 ölkə və beynəlxalq təşkilat tərəfindən imzalanan əməkdaşlıqdan sonra, təşəbbüsü müzakirə etmək istəyən daha 18 qlobal ekoloji təşkilatla danışıqlar davam etdiriləcək.

Platformanın işinə dekabrda onlayn formatda start veriləcək.

Избранный
7
1
xalqqazeti.az

2Источники