RU

Fəqərəarası disk yırtığı əməliyyatını sığorta hesabına etdirmək mümkündür - VİDEO

Fəqərəarası disk yırtığı hər kəsin bildiyi - qrija əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyir ki, əməliyyatdan öncə isə bir sıra diaqnostik müayinələrdən keçmək tələb olunur. Onun sözlərinə görə, əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə olunur və və bu proses icbari tibbi sığorta tərəfindən qarşılanır.

Onun sözlərinə görə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın disk yırtığı  əməliyyatı icra olunub.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
2
3
milli.az

4Источники