RU

Qazaxıstan 12 min kilometrlik avtomobil yollarını yeniləməyi planlaşdırır

Qazaxıstan yaxın illərdə nəqliyyatın həcminin əhəmiyyətli dərəcədə artacağını gözləyir. Proqnozlara görə, ixrac dəmir yolu daşımalarının həcmi 130 milyon tona qədər, avtomobil tranzitinin həcmi isə 6 dəfə artacaq.

Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, ölkədə 13 beynəlxalq nəqliyyat dəhlizi mövcuddur: 5 dəmir yolu və 8 avtomobil.

Yeni çatdırılma marşrutları işlənib hazırlanır və malların keçidini sürətləndirmək üçün rəqəmsal həllər tətbiq edilir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Şimal-Cənub” dəhlizi boyunca daşınmalarda artım müşahidə olunur. 2030-cu ilə qədər onların ötürücülük qabiliyyəti 20 milyon tona qədər artmalıdır.

2027-ci ilə qədər ölkədə 1,3 min km dəmir yolunun çəkilməsi planlaşdırılır. “Dostıq” stansiyasının ötürücülük qabiliyyətinin ildə 35 milyon tona çatdırılması, Almatı stansiyası ilə yüklərin tranzit vaxtının azaldılması, “Sarıağaş” stansiyasının boşaldılması və Çin istiqamətində keçid qabiliyyətinin 20 milyon tona çatdırılması üzrə layihələrin icrasına başlanılıb.

Nəqliyyat nazirinin müavini Maksat Kaliakparovun sözlərinə görə, Kurık dəniz limanı vasitəsilə yükdaşımaların artırılması üçün tədbirlər görülür.

“Taxıl terminalının işə salınmasını planlaşdırırıq. Birləşmiş Ərəb Əmirliyinin şirkəti ilə birlikdə "Sarja" çoxfunksiyalı dəniz terminalının yaradılması üzrə layihə həyata keçirilir. Nəticədə, Qazaxıstan limanlarının ötürücülük qabiliyyəti ildə 30 milyon tona qədər artacaq”, - deyə nazir müavini bildirib.

2027-ci ilədək 12 min km avtomobil yolunun yenilənməsi planlaşdırılır ki, bunun da 7 min km-nin 2024-cü ildə başa çatdırılması, o cümlədən dörd əsas magistral dəhlizin yenidən qurulması planlaşdırılır.

Избранный
22
avtosfer.az

1Источники