RU

Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada öldü

Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Pəkuzə Məhəmməd qızı Əhmədova iki gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib.

67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Избранный
38
18
olke.az

10Источники