RU

Ağlamağın bu faydaları varmış

Ağlamaq insanın fiziki, həm də emosional sağlamlığına müsbət təsir göstərir. Ağlama zamanı bədəndə "xoşbəxtlik hormonu" kimi tanınan oksitosin və endorfin ifraz olunur. Bu hormonlar stressi azaltmaq, emosional və fiziki ağrıları yüngülləşdirmək, həmçinin ümumi rahatlama hissi yaratmaq üçün mühüm rol oynayır.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ağlamağın ürək fəaliyyətinə də təsiri müşahidə edilib. Araşdırmalar göstərir ki, ağlamaq zamanı ürək döyüntüləri azalmağa başlayır və nəfəsalma tempi yavaşlayır, bu da emosional sakitləşməni təmin edir.

Emosiaları içində saxlamaq isə əks təsir göstərə bilər. Stress və emosiyaların uzunmüddətli içəridə saxlanılması hipertoniya və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Ağlamaq bu mənfi təsirlərin qarşısını almaqda və bədəni tarazlaşdırmaqda mühüm rol oynayır.

Избранный
48
1
metbuat.az

2Источники