Belçikalı fotoqraf İv Adams dünyanın ən nadir canlılarından sayılan qara pinqvini görüntüyə alıb. Bu nadir quş Atlantik okeanının cənubunda Sent-Endryus körfəzində müşahidə edilib.
Adams bu nadir quşu çəkmək fürsətini əldən verməyib və dərhal çimərliyə yollanıb. Onun sözlərinə görə, qara pinqvinə rast gəlmək ehtimalı, təxminən, 100 mində 1-dir. Adams ümid edir ki, onun fotoşəkilləri digər səyahətçiləri və vəhşi təbiət həvəskarlarını bu nadir quş növünü axtarmağa ruhlandıracaq.
Qeyd edək ki, qara pinqvin nadir genetik xüsusiyyətlərin daşıyıcısıdır. Onun lələkləri kömür kimi qaradır.
S.FİDAN
XQ