RU

Qarabağdakı rus ordusunun sabiq komandanını həbs gözləyir - Putini aldadıb

Gennadi Anaşkini Ukrayna cəbhəsindəki vəziyyət haqda nələri gizlədib?

Rusiya Müdafiə Nazirliyindəki mənbə general-polkovnik Gennadi Anaşkinin “Cənub” qoşunlar qrupunun komandanı vəzifəsindən uzaqlaşdırıldığını təsdiqləyib.

Paytaxt.org  xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Öncə qeyd edək ki, Gennadi Anaşkin Azərbaycana tanış simadır. Çünki o, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə komandanlıq da edib.2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsi və Laçın dəhlizində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat açıqlandıqdan sonra yerləşdirilmişdi. O, 2021-ci ilin sentyabrında general Mixail Kosobokov bu vəzifıədə əvəz etmişdi. Gennadi Anaşkin Qarabağa göndəriləndə Rusiyanın Cənub Hərbi Dairəsində 8 saylı Qvardiya Ümumqoşun Ordusunun komandir müavini idi. Gennadi Anaşkin ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət etmişdi.Amma Anaşkin cəmi 5 ay sonra-2022-ci ilin yanvarında postunu tərk etdi,onu bu dəfə general-mayor Andrey Volkov əvəz etdi.

Ukrayna müharibəsində həlledici mərhələ ərəfəsində Anaşkinin “Cənub” qoşunlar qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılması diqqət çəkib. Mənbə qeyd edib ki, general-polkovnik Ukrayna müharibəsinin ilk günlərindən hərbi əməliyyatlarda iştirak edib. Xüsusu təcrübəsinə görə Rusiya generaliteti Anaşkini “əməkdar komandir” adlandırır.

Снимок-6.JPG

İndi gözlənilmədən belə bir qərarın verilməsi Anaşkinin və rəhbərlik etdiyi mühüm “Cənub”qoşunlarında nə baş verdiyinə diqqət yönəldib. Belə bir qərarın kadrların planlaşdırılmış rotasiyası ilə bağlı ola bilər. “Rybar” Telegram kanalı, hərbi bloger Yuri Podolyaka və hərbi müxbir Yuri Kotenok Anaşkinin vəzifəsindən uzaqlaşdırıldığının səbəbini aydınlaşdırıblar. Bildirilir ki, prezident Putinin belə bir qərar verməsinə səbəb generalın cəbhədəki real vəziyyəti gizlətməsi, Müdafiə Nazirliyinin yüksək komandanlığına çatdırmaması səbəbindən işdən uzaqlaşdırılıb. İstisna deyil ki, onu həbs də edə bilərlər.

Gennadi Anaşkin 1968-ci ildə Rusiyanın Samara (Kuybışev) şəhərində anadan olub.1993-cü ildə Ryazan ali hava-desant məktəbini bitirib. 2017-ci ildən Cənub hərbi dairəsinin 8-ci ümumqoşun ordusu komandanının müavini olub. Rusiya Qəhrəmanıdır.

Musavat.com

Избранный
15
2
paytaxt.org

3Источники