RU

Qaxda Kürmükoba bayramı

Qax rayonundakı Kürmük məbədində ildə 2 dəfə – may və noyabr aylarında Kürmükoba bayramı keçirilir. 

Noyabrın 23-də Kürmük məbədində növbəti bayram mərasimi təşkil edilib. Rayon sakinləri – azərbaycanlılar, gürcülər, ingiloylar, digər xalqların nümayəndələri, ətraf rayonlardan gələn qonaqlar əsl tolerantlıq örnəyi nümayiş etdirərək, səhər saatlarından məbədi ziyarət edib, dini ayinləri yerinə yetirib, qurbanlar kəsiblər.

Erkən orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların ibadətgah yeridir. Dövlətin tarixi abidə kimi qoruduğu Kürmük məbədi həm də xalqımızın tarixi yaddaşı, Azərbaycanın maddi-mədəni irsidir.

XQ

 

Избранный
8
2
xalqqazeti.az

4Источники