RU

Kişisindən kar çıxmadı...Arvadı gəlir

Anna Akopyan baş nazir vəzifəsinə hazırlanır. Haylar üçün fərqi yoxdur, kim eşşəkdirsə onlar ona palan olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan anlayır ki, hakimiyyətdə qalmağa potensialı çatmır. Qoyma ağılla bir ölkəni nə qədər idarə etmək olar? Boş yerə məşğul etdiyi birinci kürsüdə rahatca əyləşdiyi altı ildə ölkəni nəinki düşdüyü quyudan xilas edib, əksinə bir az da dərinə salıb. Odur ki, sivişib aradan çıxmaq, hakimiyyəti sakitcə arvadı Anna Akopyana ötürmək qərarına gəlib. Yaramaz arvadını özü ilə rəsmi səfərlərə aparmaqdan da məqsədi məhz budur. Sonuncu Vatikan səfəri papanın əlini öpüb xeyir-duasını almaq üçün təşkil edilib.

Qarşıdakı seçkilərə ciddi hazırlaşan Anna Akopyanın ölkədə keçirdiyi mənasız görüşlər onun ictimaiyyətdə populyarlığına nail olmaq niyyəti güdür. Niyyət nə qədər gizli saxlansa da artıq ölkə mətbuatında buna dair faktlar yer almaqdadır. Ola bilər ki, bu məlumatı mətbuata hakimiyyət özü ötürərək eksperiment aparır ki, əhalinin hansı reaksiya verdiyini öyrənsin.

“Bir neçə həftə əvvəl bizə məlumat daxil olub ki, ABŞ-ın sifarişi ilə Ermənistanda ictimai əhval-ruhiyyəni öyrənmək, vətəndaşların Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı baş nazir kimi görməyə hazır olub-olmadığını anlamaq üçün sorğu keçirilib”.

 Bu barədə yerli “Politik.am” saytı yazıb. Nəşr iddia edir ki, sorğuların nəticəsinin nə olduğu bilinmir. Lakin Qərb üçün Nikol Paşinyanı əvəz edə biləcək namizədlər siyahısında Anna Akopyanın da olduğu heç bir şübhə doğurmur: “ABŞ-ın Anna Akopyanla bağlı planları Ermənistanın baş nazirinin həyat yoldaşının anti-Rusiya siyasətinin tərkib hissəsi kimi Ukraynaya səfər etdiyi, ruslar tərəfindən öldürüldüyü iddia edilən günahsız ukraynalıların xatirəsini ehtiramla yad edib, məzarlara gül dəstələri qoyduğu andan ciddi çalarlar əldə edib. Anna Akopyanın bu addımı atması amerikalıları Paşinyandan da irəli getməyə hazır olduğuna inandırıb”, - məqalədə bildirilir.

Məqalədə daha sonra deyilir ki, əslində, Anna Akopyanın fəallığının səbəbi ABŞ-ın hazırladığı ssenaridir. O, varlı iş adamları, bloqgerlər, qadınlar və tələbələrlə görüşür. Hər gün Anna Akopyanın fəaliyyəti ilə bağlı reklam çarxları yayılır. Əslində Anna Akopyan seçkilərin hələ elan edilməməsinə baxmayaraq vaxtdan istifadə edərək fəal kampaniya aparır. ABŞ-a öz sədaqətini bildirmək üçün  Vatikanda Anna Akopyan yenidən Ukrayna Prezidentinin xanımı ilə görüşdü. Anna orada bir daha Qərbə açıq siqnal verdi ki, lazımi etimadı qazanacağı təqdirdə hər şeyə hazırdır. Yəni, ABŞ-dakı ağalarının bütün tapşırıq və əmrlərini can-başla yerinə yetirəcəkdir. Açıq görünür ki,bütün bunlar baş nazir olacaq Anna Akopyanın yolunun üstündəki maneələrin bir-bir aradan qaldırılması üçün həmin planın tərkib hissələrindəndir.

Siyasi şərhçilər və politoloqlar Ermənistanda son səs-küylü istefaların məhz hakimiyyətin Anna Akopyana təhvil verilməsi çərçivəsində baş verdiyini istisna etmirlər. Onlar bildirirlər ki, ən mühüm vəzifələrə Anna Akopyanla yaxın əlaqələri olan etibarlı şəxslər təyin olunur və bu proses seçki gününə qədər davam edəcək. Məsələn, son günlərdə  Annanın  dostu Arpin Sarkisyan daxili işlər naziri təyin edilib, Akopyanın qudası David Xudatyan isə ərazi idarəetməsi naziri olacaq. Bu təyinatların hər ikisi məhz seçkilərə hesablanıb. Digər mühüm postlar da gözaltı edilib, qalır kimlərinsə rəsmi elan edilməsinə. Bir sözlə, Qərb bu məsələyə ciddi yanaşır və indi deyəsən, bu ssenarinin həyata keçirilməsi üçün hər şey dəqiq şəkildə edilir.

Belə çıxır ki, Ermənistan əhalisin iradəsini heçə sayan Qərb kimi istəyirsə onu da baş nazir vəzifəsinə gətirə bilər. Real siyasi şərait belədir.  Bu da Qərbin və lakeyi Nikol Paşinyanın “sadə və mürəkkəb” haylara sırıdığı demokratiya oyunu...Görünür, Paşinyanın saqqlını qırxması “yasdan çıxdığına” və Annanın hakimiyyətə gəlməsinə sevindiyinə bir işarədir.  Niyə də sevinməsin, belə naxaqalığı (ermənicə başçı, sədr) nə babası Paşik, nə də atası Vova görmüşdü.  Yoxsa altı ildir saqqalını niyə təraş etmirdi? Deməli, elə bu məqamı gözləyirmiş. Ermənilərə gəlincə onlar üçün o qədər də fərqi yoxdur, kim eşşəkdirsə, onlar da ona palan olacaqlar.

Vəli İlyasov, “İki sahil”

Избранный
37
ikisahil.az

1Источники