RU

COP29 bitdi, Muxtar Babayev hər kəsə təşəkkür etdi-VİDEO

COP29-un bağlanış plenar sessiyası başa çatdı.

Musavat.com xəbər verir ki, xəbər verdiyimiz kimi, plenar iclasda yeni iqlim hədəfi qəbul olunub. Beləliklə, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək.

COP29 prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilə, liderlərə, danışıqçılara, minlərlə könüllüyə və başqalarına təşəkkür edib. M.Babayev COP29-un baş danışıqçısı, Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev və COP29 sədrliyinin digər üzvlərinə minnətdarlıq ifadə edib. COP29 Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə də tədbirin yüksək səviyyədə təşkilində dəstəyinə görə minnətdarlığını bildirib.

Nigar HƏSƏNLİ,

Musavat.com

Избранный
3
8
musavat.com

10Источники