Almaniyada qaçqın sığınacağında güclü yanğın zamanı azı 20 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tagesschau” portalı məlumat yayıb.
"Voqelzanqda (Şimali Reyn-Vestfaliya federal əyaləti) mərkəzi qaçqın sığınacağında iri miqyaslı yanğında 20 nəfər xəsarət alıb. Binaya ciddi ziyan dəyib. Yanğının səbəbi məlum deyil", - xəbərdə bildirilir.
Məlumata görə, müəssisədə ümumilikdə 380 nəfər, alovlanan binada isə 18 nəfər yaşayıb.
Xəsarət alanlardan 10-u xəstəxanalara çatdırılıb.
Bina yanğın nəticəsində kül olub. Qeyd edilir ki, iki qonşu bina da yaşayış üçün yararsız hala düşüb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта