RU

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Türkiyədən sonra "Qazprombank" tərəfindən buraxılmış Çin ödəniş sistemi "UnionPay"ın kartları bəzi Cənubi Koreya və Argentina banklarında da qadağalarla üzləşib. 

Valyuta.Az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bankomatlarda pul çıxarmağa cəhd edərkən kart istifadəsinin məhdudlaşdırıldığına dair bildiriş görünür.  

Cənubi Koreyanın "Hana Bank", "Woori Bank" və "Shinhan Bank" bankomatlarında pul çıxarmağa çalışarkən kart istifadəsinin məhdudlaşdırıldığına dair bildiriş göstərilir. "Kookmin Bank" və "Nonghyup Bank" bankomatlarında isə müxtəlif xətalarla yanaşı, məsul şəxslərə müraciət etmək tələbi də yaranır. Məhdudiyyətlər yerli vaxtla 22 noyabr axşam saatlarında, "Woori Bank" və "Shinhan Bank" bankomatlarında başlayıb.  

Argentinada da "Qazprombank" tərəfindən buraxılmış Çin ödəniş sistemi "UnionPay" kartları artıq əvvəlki kimi banklarda qəbul edilmir. 

Məlumata görə, əvvəllər "Link" sistemi bankomatları vasitəsilə vəsait çıxarmaq mümkün idi, lakin indi istifadə zamanı belə bir xəta mesajı görünür: "İcazəsiz istifadə. Emitentlə əlaqə saxlayın".  

Qeyd edək ki, "UnionPay" kartları rusiyalı turistlər arasında geniş yayılmış vasitə deyildi, çünki onların istifadəsi yüksək komissiya haqqı və əlverişsiz məzənnə ilə müşayiət olunurdu. Bu kartlardan yalnız məhdud sayda yerlərdə ödəniş üçün istifadə edilirdi.

Rəhim

Избранный
28
valyuta.az

1Источники