RU

“Qalatasaray”ın futbolçuları arasında gərginlik

"Qalatasaray"ın kapitanı Fernando Muslera və yarımmüdafiəçisi Kerem Demirbay arasında gərginlik yaşanıb.

“İki sahil” xəbər verir ki, handisə Superliqanın 13-cü turunda "Bodrumspor"la səfər matçından sonra baş verib.

İstanbul klubunun sözügedən oyunçuları 1:0 hesablı qələbənin ardından mübahisə ediblər. Komanda yoldaşlı onları sakitləşdiriblər. Daha sonra "Qalatasaray"ın futbolçuları komanda şəklində azarkeşləri olan tribunalara yaxınlaşaraq onlarla birlikdə mahnı oxuyublar.

Muslera ilə Kerem isə aralarında olan problemi paltardəyişmə otağına gedərkən həll ediblər.

Избранный
2
1
ikisahil.az

2Источники