RU

Kursk vilayətinin 40 faizdən çoxuna ruslar nəzarət edir

Kursk

Ukrayna avqust ayından etibarən Kursk vilayətində ələ keçirdiyi ərazinin təxminən 40 faizdən çoxunu itirib.

Reyting.az
"Reuters"-ə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından olan həmsöhbətin sözlərinə görə, Ukrayna ordusu Rusiyanın Kursk vilayətində bu ilə qədər maksimum 1376 kvadrat kilometrə yaxın əraziyə nəzarət edə bilib. Bununla belə, Rusiya qoşunlarının əks-hücumları gücləndirdikcə, buradakı əraziləri azad etməyə başlayıb. Hazırda Ukrayna qoşunlarının nəzarətindəki ərazi təxminən 800 kvadrat kilometrdir.

Ukraynanın yüksək rütbəli zabiti deyib ki, strateji baxımdan çox vacib olan Kursk vilayətinin ərazisini mümkün qədər əldə saxlamağa çalışacaqlar.

Daha sonra agentliyin həmsöhbəti əlavə edib ki, müharibənin gedişatını izləmək şərti ilə soyuq başla düşünmək və Kursk vilayətindəki rus qoşunlarının sayını da qiymətləndirmək gərəkdir.

Hərbçinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bölgəyə daxil olandan sonra Rusiya ora 59 minə yaxın əsgər yerləşdirib.

Bəzi jurnalist araşdırmalarına, həmçinin "Meduza"-nın hesablamalarına görə, noyabrın ortalarına qədər Ukrayna ordusu Kursk vilayətində təxminən 650 kvadrat kilometr əraziyə nəzarət edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da böyük hücum nəticəsində Rusiyanın Kursk vilayətinə daxil olub. Bu hücumun əvvəlindən Ukrayna hakimiyyəti, həm də yerli siyasi elita hərbçilərin hərəkətlərini birbaşa şərh etməkdən yayınıb. Avqust ayının 12-də isə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında ölkə başçısı Vladimir Zelenskiyə bildirib ki, hazırda Rusiya Federasiyasının 1000 kvadrat kilometrə yaxın ərazisi tamamilə Ukraynanın nəzarətindədir. Avqust ayının sonunda isə Sırski deyib ki, Kursk vilayətindəki təxminən 1300 kvadrat kilometrədək ərazi artıq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

Oqtay QORÇU
Избранный
30
reyting.az

1Источники