RU

İspaniya mətbuatı: Simeone Qurban Qurbanovdan aşağı pillədə qərarlaşıb 

İspaniya mətbuatı "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeonenin fəaliyyətini qeyd edərək, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu da unutmayıblar. 

Sportal.az xəbər verir ki, “BeSoccerPro” portalı argentinalı mütəxəssisi xüsusi sıralamada "Qarabağ"ın çalışdırıcısından geridə olduğunu qeyd edib: 

"Atletiko" Dieqo Simeonenin rəhbərliyi altında "Alaves"ə qarşı 700-cü oyununu keçirərək tarixdə yeni mərhələ yazdı. Bu, liqanın yalnız ilk 5-liyini nəzərə alsaq, bir komandada ən çox oyun keçirən mütəxəssisdir. Onu Frank Şmidt (639 matç, “Haydenhaym”), Xosep Qvardiola (490, “Mançester Siti") və Gian Piero Qasperini (404, “Atalanta”) izləyir. Ümumilikdə, bütün liqaları nəzərə alsaq, Simeone Qurban Qurbanov (718, “Qarabağ”), Kolin Katon (742, “Bala Taun”) və Saymon Uiverdən (756, “Harroqeyt Taun”) geri qalaraq 4-cü pillədədir".

54 yaşlı mütəxəssis 2011-ci ildən “Atletiko”nu çalışdırır. O, buna qədər “Rasinq”, “Estudiantes”, “River Pleyt”, “San Lorenzo”(hamısı Argentina), “Kataniya”(İtaliya) komandalarında işləyib.

saytlarin hazirlanmasi

Избранный
25
1
sportal.az

2Источники