RU

Bukingem sarayında dövlət qəbulları dayandırılacaq


Britaniya monarxlarının London iqamətgahı olan Bukingem Sarayındakı dövlət qəbulları binanın təmiri ilə əlaqədar 2027-ci ilə qədər dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, işin dəyəri 369 milyon funt-sterlinq (təxminən 462 milyon dollar) təşkil edəcək.
Nəşrin məlumatına görə, Bukingem Sarayının davam edən onillik rekonstruksiyası ilə əlaqədar bütün dövlət qəbulları 2027-ci ilə qədər Vindzor qəsrində baş tutacaq.
Təmirdən sonra Böyük Britaniya kralı III Çarlz saraya köçməyəcək, Londondakı iqamətgahı “Clarence House”da yaşamaqda davam edəcək.
Məlumata görə, Bukingem sarayının ən son qonağı Qətər əmiri olacaq.
Избранный
23
yeniavaz.com

1Источники