Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Qəhrəmanov Əli Vidadi oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.