Bakı. Trend:
Rumıniyada prezident seçkiləri bu gün başlanıb. Ölkə üzrə bütünyaşayış məntəqələrində seçki məntəqələri açılıb və vətəndaşlarsəsverməyə başlayıb.
Trend-inməlumatına görə, Rumıniyanın daimi seçki orqanı prezidentseçkilərini müşahidə etmək üçün 178 akkreditasiya verib. Buakkreditasiyaların əksəriyyəti müxtəlif birliklər və fondlartərəfindən tələb edilib.
Prezidentliyə 13 namizəd mübarizə aparır. Seçki qanunlarınaəsasən, Rumıniyada seçkilər üçün iştirakçı sayı ilə bağlı heç birməhdudiyyət yoxdur; yəni seçkilər istənilən sayda seçici iləetibarlı hesab ediləcək.
Rumıniya qanunlarına əsasən, prezidentliyə namizədin siyahılarüzrə səslərin yarısından çoxunu alması qalib gəlməsi üçünkifayətdir. Əgər heç bir namizəd 50 faizdən çox səs toplamasa, ikihəftə sonra ikinci tur keçiriləcək və ən çox səs toplayan namizədqalib sayılacaq.
Rumıniyanın prezidentinin səlahiyyətləri arasında millitəhlükəsizlik, xarici siyasət və digər mühüm sahələrdə vacibqərarların qəbul edilməsi yer alır. Prezident seçkiləri 5 illikmüddətə keçirilir.