İtaliyanın paytaxtı Romada 25 noyabr Qadınlara Qarşı Zorakılığın Beynəlxalq Mübarizə Günü münasibətilə yürüş keçirilib.
“İki sahil”in “HaberGlobal”a istinadən verdiyi məlumatına görə, dünən keçirilən yürüşdə qadınlara qarşı hər cür cinsi, fiziki, psixoloji və iqtisadi zorakılıqlar etiraz edilib.
“Non Una di Meno (Daha Bir Qadın Az Deyil)” adlı vətəndaş təşəbbüsünün təşəbbüsü ilə təşkil edilən yürüş paytaxtın ən gur meydanlarından biri olan Ostiensedə başlayıb. Minlərlə insan Piazza Vittorio'ya doğru yürüş edərkən, Kolizeyin qarşısında bu il 106 qadın qətli qurbanının adlarını əks etdirən uzun pankart asıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”