Əziz Ana Vətənçilər!
Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək!
34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı amansız mübarizənin fəal iştirakçıları ilə partiyamızın təməlini qoyduq. Siyasi meydana qədəm qoyduğumuz ilk andan bu günədək “Vətənin layiqli övladları olacağıq” andına sadiq qalaraq , Ana Vətənimizlə birgə olduq, itgilərə, çətinliklərə, məhrumiyyətlərə sinə gərməyi bacardıq, xalqımızla bərabər istiqlala qovuşduq, müstəqil və müasir dövlət quruculuğunda Ulu Öndərimiz Heydər Əliyevin və Azərbaycanımızın güclənməsində, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasında cənab prezident İlham Əliyevin yanında yer aldıq, xalqımıza, dövlətçiliyimizə xidmət etməkdən qürur duyduq.
Dəyərli Ana Vətənçilər, müqəddəs bildiyimiz yola davam. Bu, bizim talehimizdi.
Böyük məmnuniyyətlə Sizin hər birinizi təbrik edir, sizə can saglıgı və uğurlar diləyirəm.
Tarix elmləri doktoru, Professor Fəzail Agamalı
Ana Vətən Partiyasının sədri