Aptek müdiri iş yerində işçisini döyüb.
XALQ.AZ xəbər verir ki, sosial şəbəkədə apteklərin birində müdir olduğu iddia edilən Cabbarov Elnur Elman oğlu Aysel adlı işçini vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda müdirin işçini vurub yerə yıxaraq döydüyü görünür.
Hüquq-mühafizə orqanları məsələ ilə bağlı heç münasibət bildirilməyib.
Həmin videonu təqdim edirik: