RU

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

Amerikanın "Qızıl axtarışı" dövrünə aid 154 illik bir "qızıl sikkə", keçən günlərdə keçirilən hərracda 1,44 milyon dollara satılıb.  

Valyuta.Az xəbər verir ki, Kaliforniyada 1848-ci ildə qızılın tapılmasından sonra təxminən 300 min insanın bu bölgəyə axın etməsi ilə başlayan və Kaliforniyanın 1850-ci ildə ştat statusu qazanmasına şərait yaradan bu dövr, ABŞ-ın qızıl tarixinin əhəmiyyətli mərhələlərindən biri hesab olunur.  

Xüsusilə böyük qızıl ehtiyatlarının kəşfi ilə 1850-ci ildə 20 dollarlıq "qızıl sikkələr" istehsal olunub. Cənubi Kaliforniyada yerləşən "Stack’s Bowers Galleries" hərrac evində təşkil olunan hərracda bu "qızıl sikkələr"dən yalnız 3 min 789 ədədinin hazırlandığı, bu günə isə təxminən 40-50 ədədinin qaldığı qeyd edilib.  

Nevadanın Karson Siti bölgəsində 1870-ci ildə istehsal olunan və hərracda 1.44 milyon dollara satılan "qızıl sikkə" sonuncu dəfə 1986-cı ildə "Stack’s" hərracında 23 min 100 dollara alıcı tapmışdı. Pul mütəxəssisi Con Kralyeviç (John Kraljevich) hərrac evinin əvvəllər heç görünməyən bu sikkəni yeni bir kəşf kimi dəyərləndirdiyini bildirib.  

28 qram çəkisi olan "qızıl sikkə"nin təxminən 2 min 600 dollar dəyərində qızıla bərabər olduğu bildirilir. Bundan əlavə, Nevadanın Karson Siti bölgəsində istehsal edilməsi səbəbilə sikkənin arxa tərəfində "CC" hərfləri yerləşir.  

Rəhim

Избранный
21
valyuta.az

1Источники