Milli Hidrometeorologiya Xidməti noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən Senzor.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Hacıqabul, Salyan, Neftçala, Xaçmaz, Şabran, Quba, Qusar, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.