RU

Rusiyadan “Taliban”la bağlı vacib QƏRAR

Moskva “Taliban” hərəkatının terror təşkilatı statusundan çıxarılması prosesini süni şəkildə ləngitmək niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Rudenkonun sözlərinə görə, “Taliban”ın bu statusdan çıxarılması üçün “gözlənilən hüquqi prosedurların başa çatması Rusiya-Əfqanıstan qarşılıqlı fəaliyyətinə müsbət təkan verəcək”.

Nazir müavini əlavə edib ki, Əfqanıstanın hazırkı hökuməti kimi “Taliban” hərəkatının rəsmən tanınması məsələsi hələlik tezdir.

"Lakin Moskva hesab edir ki, “Taliban” konstruktiv münasibətlərə və regional terrorizmə qarşı mübarizəyə sadiqlik nümayiş etdirib".

Избранный
29
1
publika.az

9Источники