RU

Ferstappen dördqat “Formula 1” çempionu oldu


“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionatının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, Ferstappen Las-Veqasda keçirilən “Formula 1”in 22-ci mərhələsində beşinci yeri tutaraq, xallarının sayını 403-ə çatdırıb.
Sürücülər sıralamasında ikinci yeri tutan britaniyalı Lando Norris yarışın sonunda altıncı olub və niderlandlını keçmək şansını itirib. “McLaren” sürücüsünün 340 xalı var.
Qran Prinin bu mərhələsində birinci yeri “Mercedes”in britaniyalı pilotu Corc Rassel, ikinci yeri onun həmyerlisi və komanda yoldaşı Luis Hemilton tutub. “Ferrari” komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns isə üçüncü olub.
Ferstappenin bu uğuru daha əvvəl britaniyalı Luis Hemilton (2017-2020), argentinalı Xuan Manuel Fanxio (1954-1957) və alman Sebastyan Fettelə (2010-2013) nəsib olub. Alman pilot Mixael Şumaxer isə ardıcıl beş titul qazanmağı bacarıb (2000-2004).
“Red Bull” sürücüsü indi “Formula 1”də çempionluq titullarının sayına görə dördüncü yeri tutur və bu mövqeyi almaniyalı Fettel və fransalı Alen Prostla bölüşür.
“Formula 1”də ə çox çempionluq titulu olanlar isə Hemilton, Şumaxer (hər ikisi 7) və Fanxiodur (5).
Избранный
38
yeniavaz.com

1Источники